MSN-in əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülüblər

MSN-in əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən “Azeri Defence”ə verilən məlumata görə, təltif edilənlər siyahısında MSN-in əməkdaşları – İstehsalat şöbəsinin müdir müavini Kərimov Əsəd Əhməd oğlu və Əməyin Mühafizəsi şöbəsinin baş məsləhətçisi Abuşov Tural İntiqam oğlu da yer alıblar.

Onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

Nazirlik yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə əməkdaşlarını təbrik edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş