MSN-in Şirvandakı “Araz” zavodunda partlayış baş verib – YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib.

“AzeriDefence”nin məlumatına görə, hazırda davam edən partlayış nəticəsində ətrafı qara tüstü və alov bürüyüb.

Partlayış zamanı xəsarət alanlar barədə məlumatlar yoxdur.

MSN -in mətbuat xidmətinin yaydığı məlumata görə iyulun 26-da saat 15:35 radələrində Şirvan ”Araz”  zavodunda hadisə baş verib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcəkdir.

KİV-lərdən hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edək ki, MSN-in “Üfüq” İstehsalat Birliyinin “Araz” zavodu istismar müddəti keçmiş sursatların utilizasiyası üzrə ixtisaslaşıb. Müəssisədə həmçinin kapsulların istehsalı mərkəzi və minaatanların döyüş sursatlarının doldurulmasını həyata keçirən doldurma mərkəzi fəaliyyət göstərir. Zavod 2013-cü ildə istismara verilib.

20517

KATEQORIYA:
Bu xəbəri paylaş