MSN-in zavodu Əmlak Komitəsini məhkəməyə verib

Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyinin “Xaçmaz Kondesator Zavodu”nun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində məhkəmə prosesi başa çatıb. “AzeriDefence”nin məhkəmədən əldə etdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub və zavodun iddiası təmin edilməyib.

Məhkəmənin qərarından narazı qalan iddiaçı isə apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, zavod torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması və komitənin şəhadətnaməsinin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə müraciət edib.

KATEQORIYA:
Bu xəbəri paylaş