MSN işçilərinin peşə bayramı qeyd olunub

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşlarının peşə bayramı qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra “Radioquraşdırma” zavodunda keçirilən tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalayıb.

Daha sonra nazir ötən bir ildə MSN-də görülən işlərə dair hesabatla çıxış edib.

MSN “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev rəhbərlik etdikləri qurumlarda görülən işlərə dair hesabatla çıxış ediblər.

Tədbirdə Rprezidentin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edilib. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş