MSN ixracat rəqəmlərin açıqladı – 123 milyon dollar

Müdafiə sənayesi ixracatında sıçrayış
Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 2013-cü ildə 121.2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Bununla yanaşı müdafiə təyinatlı məmulatların və əmlakın təmiri üzrə 1 milyon 179,9 min manatlıq, utilizasiyası üzrə 315,7 min manatlıq iş yerinə yetirilib.

Ötən il Azərbaycan müdafiə sənayesi tərəfindən 96 milyon manat (123 milyon 077 min ABŞ dolları) məbləğində məhsul ixrac olunub ki, bu da 2012-ci illə müqayisədə 5,4 dəfə çox olub.

KATEQORIYA:
Bu xəbəri paylaş