MSN-nin “Optika-Mexanika” İstehsalat Birliyinin rəhbəri dəyişdirilib

Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyinin rəhbərliyində dəyişiklik olub.

“AzeriDefence”nin məlumatına görə, “Optika-Mexanika” İstehsalat Birliyinin direktoru Kamal Əsgərov vəzifəsindən azad edilərək nazirliyin Elmi Tədqiqat İnstituna direktor müavini təyin edilib. Onun yerinə isə MSN-in “Azon” zavodunun direktoru Çingiz Əliyev təyinat alıb.

Xəbəri MSN-dən təsdiqləyiblər.

KATEQORIYA:
Bu xəbəri paylaş