MSN nümayəndə heyəti MSPO-2016 sərgisində iştirak edəcək

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Polşanın Kelç şəhərində keçirilən MSPO-2016 – 24-cü müdafiə sərgisində iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan heyəti sərgiyə ziyarətçi qismində qatılır.

Sərgi çərçivəsində nümayiş etdirilən yeniliklərlə tanış olacaq heyətin Polşa və digər ölkələrdən olan şirkətlərlə görüşləri planlaşdırılır.

Qeyd edək ki, sərgi sentyabrın 6-dan 9-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş