MSN nümayəndə heyəti MSPO-2017 sərgisində – FOTOLAR

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti Polşada keçirilən MSPO-2017 25-ci beynəlxalq müdafiə sərgisində iştirak edir.

“AzeriDefence”nin məlumatına görə, nazir müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti sərgiyə ziyarətçi qismində qatılıb.

MSN nümayəndələri sərginin açılış mərasimindən sonra Polşa, Çexiya, Ukrayna və digər ölkələrdən olan iştirakçı şirkətlərin stendlərinə baş çəkərək yeni texnologiyalarla tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, bu gün müdafiə naziri Zakir Həsənov da ziyarətçi qismində sərgidə iştirak edib.

MSPO-2017 sərgisi sentyabrın 8-də başa çatacaq.

Fotoları Azeri Defence üçün eksklüziv olaraq “Defense Ekspress” jurnalının redaktoru Valeri Ryabix təqdim edib

 

KATEQORIYA:
Bu xəbəri paylaş