MSN sərhədçilərə BTR-70M zirehli transportyor hədiyyə edib

MSN sərhədçilərə BTR-70M zirehli transportyor hədiyyə edib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Dövlət Sərhəd Xidmətinə təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edib.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Məlumatda o da qeyd olunub ki, hazırda MSN-nin mütəxəssisləri Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş