MSN: “Telemexanika” zavodunda baş verən yanğına səbəb qısaqapanma olub

Bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Telemexanika” zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olmuş və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişmiş, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.

KATEQORIYA:
Bu xəbəri paylaş