MSN və “Thales Group” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə sənayesi naziri Yavər Camalov Fransanın “Thales Group” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Roje Deksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Thales Group” şirkəti arasında əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş müzakirələr aparılıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş