MTN -in əsasında iki yeni xidmət yaradıldı

Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, fərmanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsinlər.

Nazirlər Kabinetinə isə 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş