
Müdafiə naziri düşmənin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr etdi
Düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xüsusi xidməti müşavirədə deyib.
Müdafiə naziri Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
KATEQORIYA: Xəbərlər