Müdafiə Naziri hərbi toplanışların keçirilməsi barədə göstəriş verib

Müdafiə Naziri hərbi toplanışların keçirilməsi barədə göstəriş verib

Müdafiə Naziri general-polkovnik Zakir Həsənov ehtiyatda olan hərbi vəzifəlilərin hərbi toplanışlara cəlb edilməsi barədə göstəriş verib.

Azeri Defence saytının məlumatına görə, toplanışların keçirilməsi ilə bağlı göstəriş  Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə verilib.

“Müdafiə Naziri Zakir Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib”, – deyə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş