Müdafiə naziri yeni döyüş vasitələrinin istifadəsi ilə bağlı göstərişlər verib

Müdafiə naziri yeni döyüş vasitələrinin istifadəsi ilə bağlı göstərişlər verib

Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təlimin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində ərazidə açılmış təlimin komanda idarəetmə məntəqəsində olaraq qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən Müdafiə naziri idarəetmə orqanlarının fəaliyyəti xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı müvafiq göstərişlər verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş