Müdafiə Nazirliyi: ƏÜO-nun dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb

Müdafiə Nazirliyi: ƏÜO-nun dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb

Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri öyrədilir, ərazinin relyef və iqlimi haqqında məlumat verilir, eləcə də təhlükəsizlik qaydaları çatdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş