Müdafiə Nazirliyi: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş