Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə Ş.Stepanyanın yazdıqlarının həqiqət olmadığı bildirilib: “Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur”.

KATEQORIYA:
Bu xəbəri paylaş