Müdafiə Nazirliyi: Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur

Müdafiə Nazirliyi: Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur

Azərbaycanın Silahlı Qüvvələrinin bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda, əkin sahələri də minalardan təmizlənir. Artıq ilk əkin işlərinə başlanıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş