
Müdafiə Nazirliyi: Bütün cəbhə boyu gərgin döyüşlər davam edir
Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.
Müdafiə Nazirliyindən Azeri Defence saytına verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.
“Bütün cəbhə boyu gərgin döyüşlər davam edir”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet