Müdafiə Nazirliyi: “Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir”

Müdafiə Nazirliyi: “Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir”

Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuata xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır.

Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş