Müdafiə Nazirliyi: Düşmən 100-ə yaxın hərbi qulluqçusunu itirib

Müdafiə Nazirliyi: Düşmən 100-ə yaxın hərbi qulluqçusunu itirib

Azərbaycanın kütləvi informasiya vasitələrində Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən “AzeriDefence”ə verilən məlumata görə, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

“Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Müdafiə Nazirliyi Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırır.

KATEQORIYA:
Bu xəbəri paylaş