Müdafiə Nazirliyi: “Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir”

Müdafiə Nazirliyi: “Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir”

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edi.

Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yatdığı məlumatda bildirilib.

“Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
Bu xəbəri paylaş