Müdafiə Nazirliyi: Düşmən mülki əhalini atəşə tutur, ölən və yaralananlar var

Müdafiə Nazirliyi: Düşmən mülki əhalini atəşə tutur, ölən və yaralananlar var

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

“Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş