Müdafiə Nazirliyi: “Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”

Müdafiə Nazirliyi: “Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

KATEQORIYA:
Bu xəbəri paylaş