Müdafiə Nazirliyi: Düşmənin döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb

Müdafiə Nazirliyi: Düşmənin döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş