Müdafiə Nazirliyi: “Ermənilər cəbhədə təxribat törədib, itkilər var”

Müdafiə Nazirliyi: “Ermənilər cəbhədə təxribat törədib, itkilər var”

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmərtindən məlumat verilib.

Hər iki tərəfdən itki var.

“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş