
Müdafiə Nazirliyi: “Ermənistanın Azərbaycana məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır”
Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.
Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
KATEQORIYA: Xəbərlər