Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2020-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş