Müdafiə Nazirliyi: “İrana hava zərbələri endirən hərbi təyyarələr Azərbaycanın hava məkanından istifadə etməyib”

Müdafiə Nazirliyi: “İrana hava zərbələri endirən hərbi təyyarələr Azərbaycanın hava məkanından istifadə etməyib”

Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələrinə dair məlumatları cavablandırıb.

Müdafiə Nazirliyindən “Azeridefence”ə verilən məlumata görə, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır.

“Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil”, – deyə Müdafiə Nazirliyinin açıqalamasında bildirilib.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İrana qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş