Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş