Müdafiə Nazirliyi: “Tərtərdə baş verən partlayışa səbəb tank əleyhinə mina olub”

Müdafiə Nazirliyi: “Tərtərdə baş verən partlayışa səbəb tank əleyhinə mina olub”

Sosial şəbəkələrdə və bəzi saytlarda ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, yayılan bu məlumat həqiqəti əks etdirmir.

“Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”, – deyə Müdafiə Nazirliyinin məlumatında bilidirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş