Müdafiə Nazirliyi Tovuz istiqamətindəki son vəziyyətlə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Tovuz istiqamətindəki son vəziyyətlə bağlı məlumat yayıb

Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

“Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
Bu xəbəri paylaş