Müdafiə Nazirliyi: “Türkiyəli hərbi mütəxəssislər mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək”

Müdafiə Nazirliyi: “Türkiyəli hərbi mütəxəssislər mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək”

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərdə köməklik göstərməyə başlayıb.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

“Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş