Müdafiə Nazirliyi: Vətəndaşların qəbulu və qeydiyyatı elektron qaydada və telefon vasitəsilə həyata keçirilir

Müdafiə Nazirliyi: Vətəndaşların qəbulu və qeydiyyatı elektron qaydada və telefon vasitəsilə həyata keçirilir

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin pressmd@mod.gov.az, dti@mod.gov.az elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş