
Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb
Azərbaycan Prezidentinin 08 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsait köçürüb.
Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
KATEQORIYA: Xəbərlər