Müdafiə Nazirliyinə Ordumuza dəstək məqsədilə çoxsaylı müraciətlər ünvanlanır

Müdafiə Nazirliyinə Ordumuza dəstək məqsədilə çoxsaylı müraciətlər ünvanlanır

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7000-ə yaxın müraciət daxil olub.

“Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir.

İyulun 15-də keçirilən Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumatda o da qeyd olunub ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş