Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub.

Nazirliyin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş