Müdafiə Sənayesi Nazirliyi IDEX-2021 sərgisində iştirak edəcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) 21-25 fevral 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək IDEX-2021 beynəlxalq müdafiə sərgisində iştirakı gözlənilir.

Bu barədə “Azeri Defence”ə sərginin təşkilat komitəsindən məlumat verilib.

MSN sərginin keçirildiyi ADNEC sərgi mərkəzində 12-B27 nömrəli stenddə öz məhsullarını nümayiş etdirəcək.

Qeyd edək ki, MSN dünyanın ən böyük müdafiə sərgilərindən olan IDEX-də 2011 və 2015-ci illərdə təmsil olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş