Müdafiə Sənayesi Nazirliyində AzTU kollektivi ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində AzTU kollektivi ilə görüş keçirilib

Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, Xüsusi Texnika və Texnologiyalar fakültəsinin dekanı prof. Elçin Rzayev və Xüsusi Texnika kafedrasının müdiri Ələkbər Hüseynovu qəbul edib.

Bu barədə “AzeriDefence”yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşün məqsədi Texniki Universitetdə yeni süni intellekt və robotlaşdırma ixtisasının yaradılması, tələbələrin təcrübə qazanmalarına şərait yaradılması və könüllülər qismində müəssisələrin iş prosesinə cəlb olunmalarının müzakirəsi olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda  “Könüllülər ili” elan olunduğunu qeyd edən Mədət Quliyev Texniki Universitetin tələbələrinin də könüllülər qismində müəssisələrə cəlb edilmələri, oradakı iş prossesi ilə yaxından tanış olmaları və ən əsası isə könüllülük prinsipi çərçivəsində təcrübəyə yiyələndikdən sonra gələcəkdə öz iş fəaliyyətlərinə bu müəssisələrdə davam etmələri təklifini irəli sürüb.

Nazir  tələbələrin öz ixtisasları üzrə təcrübə qazanmaları və gələcəkdə işlə təmin olunmaları üçün rəhbərlik etdiyi qurumda lazımi şərait yaratmağa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə müəssisələrdə Xüsusi Texnika kafedrasının nümayəndəliyinin açılması və tələbələrin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsinə  şərait yaradılması məsələsi müzakirə olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş