Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib – SİYAHI

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib – SİYAHI

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.

Azeri Defence saytının Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Müdafiə Sənayesi naziri

 

Kollegiyanın üzvləri:

Müdafiə Sənayesi nazirinin müavinləri

Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş