Müdafiə Sənayesi Nazirliyinin web saytında “elektron xidmətlər” bölməsi yaradılıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) web saytında (www.mdi.gov.az) “elektron xidmətlər” bölməsi yaradılıb. “AzeriDefence”nin MSN-in saytına istinadən verdiyi məlumata görə, e-xidmət bölməsi Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq təsis edilib.

“Elektron xidmətlər” bölməsində Müdafiə Sənayesi Nazirliyi tərəfindən göstərilən iki xidmət növü nəzərdə tutulur:
– “onlayn müraciət”;
– “ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazənin verilməsi.

Bölməyə, göstərilən xidmətlərin hər biri üzrə inzibati reqlament və müraciət formaları daxil edilib.

Qeyd edək ki, vətəndaşların müraciətlərinin asanlaşdırılması məqsədilə 2011-ci ilin sentyabr ayından MSN-in web saytında “onlayn müraciət” üzrə elektron xidmət fəaliyyət göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş