Müdafiə Nazirliyi: Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir

Müdafiə Nazirliyi: Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir

İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına bildirilib ki, bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.

“Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir”, -deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

____

KATEQORIYA:
Bu xəbəri paylaş