Müdafiə Nazirliyi general Natiq Əliyevin vəzifəsindən azad edilməsini təsdiqləyib

Müdafiə Nazirliyi general Natiq Əliyevin vəzifəsindən azad edilməsini təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.

KİV-də yayılan məlumata görə,  Tibb Baş İdarəsinin rəisi vəzifəsinin icrası polkovnik Elxan İbrahimova tapşırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş