Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Azərbaycanda olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş