Müdafiə naziri: “İlk zərbədən 70 faizini məhv edəcəyik”

“Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70 faizini məhv edəcəyik”. “AzeriDefence”nin məlumatına görə, bunu cəbhə xəttində yerləşən hərbi hissələrdə şəxsi heyətlə Novruz bayramı münasibəti ilə görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir bəyan edib ki, Azərbaycan əlindəki silah və texnika ilə ermənilərə zərbə endirsə, düşmən yüz illərlə özünə gələ bilməyəcək.

“Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər”.

Z. Həsənov qeyd edib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir: “Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır. Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik”.

Düşmənin artıq təlaş içində olduğunu, endirilən zərbələrdən qorxub qaçdıqlarını vurğulayıb: “Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş