Müdafiə naziri İrana səfər edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvəti ilə 14-15 aprel 2014-cü il tarixlərində İrana rəsmi səfər edəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Həmçinin, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş