Müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub

Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub.

Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin “Adaji” hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və “SWATH” patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş