Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.
KATEQORIYA: Demining