Müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş